Bu maşının sahibinin kimliyi məlum oldu- - Video

bu-masinin-sahibinin-kimliyi-melum-oldu-
Oxunma sayı: 13133


Mərdəkanda bahalı maşını ilə avtoşluq edərək gündəmə gələn Rauf adlı gəncin dəbdəbəli həyatını əks etdirən fotolar dünəndən mediada yayımlansa da, hələ də onun kimliyi ilə bağlı dəqiq məlumat yayımlanmayıb. 

Maraqlıdır ki, Rauf avtoşluğu ilə medianın gündəminə tez-tez gələn digər vəzifəli şəxslərin övladlarından fərqli olaraq, həm də cazibədar qızlarla olan fotoları ilə diqqəti üzərinə çəkib. Demək olar ki, dünəndən sosial şəbəkələrin əsas müzakirə mövzusu Raufun "90 MP 090" dövlət nömrə nişanlı maşınını reklam edən qızlardır.

“Qafqazinfo” isə Raufun atasının kimliyini öyrənə bilib. Məlum olub ki, Rauf Hüseynov iş adamı Ramiz Hüseynovun oğludur. 23 yaşlı Rauf  Xəzər Universitetində təhsil alıb və hazırda hərbi xidmətdədir. 

Həmçinin qeyd edək ki, Raufun əmisinin isə Sumqayıt Şəhər Məhkəməsinin sədri Zeyqəm Hüseynov olduğu deyilir.