“Bu, mənim işim deyil” - Qvardioladan rəhbərliyə mesaj

bu-menim-isim-deyil
Oxunma sayı: 3009

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola belçikalı yarımmüdafiəçi Kevin de Brüyne ilə müqavilənin uzadılması haqda danışıb.

“Qafqazinfo” xəbər verir ki, çalışdırcı bu məsələlərlə maraqlanmadığını bildirib:

“Hər şey klubdan asılıdır. Bu mənim işim deyil. Söhbət Kevinin mövsümün qalan hissəsində necə çıxış edəcəyindən, yaşından və digər bir çox məsələlərdən gedir. Düşünürəm ki, klub bu barədə fikirləşməlidir”.