“Bu məsələni həll etmək istəyirik” - Ərdoğan

“Bu məsələni həll etmək istəyirik”
Oxunma sayı: 3140

“Bölgəmizdə mehriban qonşuluq əlaqələrinin qurulmasının təməli olan tam normallaşma ilə bağlı hədəflərimizə çatacağımıza inanıram. Türkiyə, Ermənistan və Azərbaycan arasındakı əlaqələri tezliklə intensivləşdirib bu məsələni həll etmək istəyirik”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çexiyanın Praqa şəhərində keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısı ilə bağlı keçirdiyi mətbuat konfransında ifadə edib.

“Avropa siyasi birliyi” Zirvə Toplantısındakı müzakirələr, Türkiyənin mövcud proseslərə sərgilədiyi dəyişməz mövqeyi, Rusiya-Ukrayna müharibəsinin yaratdığı problemlər və rəsmi Ankaranın vasitəçilik missiyasının nəticələri, Kipr böhranının həlli, eyni zamanda, Ermənistanın Baş naziri ilə keçirdiyi görüşdən bəhs edən Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, heç də hər zaman ədalətli mövqedə olmayan bəzi Avropa ölkələri artıq gerçəklikləri qəbul etməyə başlayıblar.