Bu ölkə Ukraynaya hərbçi göndərməyəcəyini açıqladı

bu-olke-ukraynaya-herbci-gondermeyeceyini-aciqladi
Oxunma sayı: 2170

“Çexiya öz hərbi personalını Ukraynaya göndərmək fikrində deyil”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bunu Parisdə keçirilən Ukraynaya dəstək konfransında iştirak edən Çexiyanın Baş naziri Petr Fiala deyib.

O bu haqda slovakiyalı həmkarı Robert Fikonun bəyanatını şərh edərkən danışıb.

Qeyd edək ki, Slovakiyanın Baş naziri daha əvvəl ölkəsinin heç bir halda Ukraynaya əsgər göndərməyəcəyini bildirmişdi. Siyasətçinin sözlərinə görə, Aİ və NATO-nun bir sıra üzvləri Kiyevlə müvafiq ikitərəfli sazişlər bağlayacaqları təqdirdə bu imkanı nəzərdən keçirirlər.