Bu ölkədə vaksinasiya yaşı 12-yə endirildi

bu-olkede-vaksinasiya-yasi-12-ye-endirildi
Oxunma sayı: 3021

Yeni tədris ilində Səudiyyə Ərəbistanında vaksin olunmamış 12 yaşdan yuxarı şagirdlər məktəblərə buraxılmayacaq.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Krallığın Təhsil Nazirliyi bu yaş qrupuna aid uşaqların kütləvi vaksinasiyasına başlandığını elan edib.

Səudiyyə Ərəbistanının təhsil naziri Həməd Əl-Şeyx jurnalistlərə müsahibəsində bildirib ki, məktəbə gedəcək bütün şagirdlər, habelə universitet tələbələri iki doza vaksinasiya haqqında pasport almalıdırlar.

O əlavə edib ki, bu kampaniyanı tezliklə başa çatdırmaq məqsədilə Səhiyyə Nazirliyi xüsusi briqadalar təşkil edib.