Bu ölkədə yaşlı insanlar əməyə cəlb edilir

bu-olkede-yasli-insanlar-emeye-celb-edilir
Oxunma sayı: 2408

Yaponiyada işçi çatışmazlığından yaşlı insanlar da əməyə cəlb edilir.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, Yaponiyada işçi çatışmazlığı getdikcə daha ciddi problemə çevrilir. Belə ki, əhalinin yaşlanması və doğum göstəricisinin azalması işçi qüvvəsinin azalması ilə nəticələnir. Bu iqtisadiyyata da mənfi təsir göstərir. 

Hətta “Recruit Works” İnstitutunun araşdırmasına görə, 2040-cı ildə Yaponiyada 11 milyon nəfər işçi qıtlığı yaranacaq. Buna görə artıq müəssisələr çox yaşlı insanları işə götürür.