Bu ölkələr “referendum”la bağlı Ukraynaya müşahidəçi göndərdi - Yenilənib

Bu ölkələr “referendum”la bağlı Ukraynaya müşahidəçi göndərdi
Oxunma sayı: 6046

09:48

“Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” başlayıb.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, “referendum” 5 gün davam edəcək.

Seçkilərin ilk 4 günü səsvermə seçki məntəqələrində deyil, yaşayış yerlərində və vətəndaşların ziyarət edilməsi yolu ilə keçiriləcək. Həmin vilayətlərin sakinləri yalnız sentyabrın 27-si seçki məntəqələrində səs verə bilərlər. Səslərin sayılması da məhz həmin gün başlayacaq.

***

17:44

Səsvermənin gedişatına nəzarət etmək üçün Fransa və ABŞ-dan Xerson vilayətinə müşahidəçilər gəlib.

Bu barədə məlumatı isə, Xerson vilayətinin seçki komissiyasının sədri Marina Zaxarova açıqlayıb.