Bu ölkələrin səfirləri İsrail XİN-ə çağırıldı

bu-olkelerin-sefirleri-israil-xin-e-cagirildi
Oxunma sayı: 2267

İsrail bu gün İspaniya və Belçika səfirlərini ölkənin Xarici İşlər Nazirliyinə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İsrail XİN məlumat yayıb.

Bildirilib ki, buna səbəb İspaniya və Belçika baş nazirlərinin Təl-Əvivin Qəzza və  İordan çayının qərb sahilində fələstinlilərin əzablarına son qoymaq üçün tam atəşkəsdən imtina etməsi ilə bağlı söylədiyi fikirlərdir.

“Terrora dəstək verən İspaniya və Belçika baş nazirlərinin yalan iddialarını qınayırıq”, - deyə İsrail XİN-dən bildirilib.