Bu ölkəyə də vizasız gedəcəyik

Bu ölkəyə də vizasız gedəcəyik
Oxunma sayı: 9689

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Belqradda keçirilən Qoşulmama Hərəkatının  60 illik yubiley tədbiri çərçivəsində   Serbiya Respublikasının xarici işlər naziri Nikola Selakoviç ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Serbiya Xarici İşlər Nazirliyində keçirilən görüş zamanı nazirlər Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyətindən məmnunluq ifadə edərək, bu əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsində qarşılıqlı marağı ifadə ediblər.

Həmçinin oxuyun: Türkiyə lirəsi rekord səviyyədə ucuzlaşdı

Ağalarının qəzəbindən qorxub ağızlarına su alıb oturdular...

İşğal zamanı Qarabağda fəaliyyət göstərən İran şirkətləri - Siyahı

“Azərbaycan xalqının əhli-beytə bağlılığının İranla heç bir əlaqəsi yoxdur” - Hacı Şahin

Tərəflər, Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin uğurla inkişaf etdiyini qeyd ediblər.

Görüşün sonunda nazirlər tərəfindən bir Saziş və iki anlaşma memorandumu, o cümlədən, “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş”, “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Serbiya XİN arasında siyasi məsləhətləşmələr haqqında anlaşma memorandumu”, “Azərbaycan XİN ilə Serbiya XİN arasında konsulluq sahəsində əməkdaşlıq haqqında anlaşma memorandumu” sənədləri imzalanıb.

Qeyd etmək istərdik ki, eyni gündə AR Müdafiə Sənayesi Naziri Mədət Quliyev və Serbiya Müdafiə Naziri Neboyşa Stefanoviç arasında “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Hərbi-Texniki əməkdaşlıq haqqında saziş” imzalanıb.