Bu qurum AZAL-dan alındı

bu-qurum-azal-dan-alindi
Oxunma sayı: 871

 “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin tabeliyində olan qurumların sayı azalıb.
 
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edib.
 
Dəyişikliyə əsasən “Azərbaycan Hava Yolları” Yük Aviasiya Şirkəti AZAL-ın tabeliyində olan qurumların siyahısından çıxarılıb.
 
Beləliklə, AZAL-ın tabeliyində olan qurumların sayı 15-dən 14-ə enib. Bura “Azərbaycan Hava Yolları” və “BUTA AIRWAYS” sərnişin aviaşirkətləri, “Azalaqro” Yevlax Aviasiya Şirkəti, Milli Aviasiya Akademiyası, Heydər Əliyev Beynəlxalq Aeroportu, “Gəncə”, “Naxçıvan”,  “Lənkəran”, “Zaqatala” və “Qəbələ” beynəlxalq havalimanları, “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi, Aviasiya Təhlükəsizlik Baş İdarəsi,  “AzalOil” Yanacaq-Sürtgü Materialları İdarəsi, filial və nümayəndəliklər daxildir.