Bu rayonlara leysan yağacaq

bu-rayonlara-leysan-yagacaq
Oxunma sayı: 4530

Martın 21-i gündüzdən 22-si axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti tərəfindən məlumat yayılıb.

Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Lənkəran-Astara bölgəsində yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.