“Bu seçkidən 1 hektar torpaqla ayrılırsız” - Məzahir Pənahov

“Bu seçkidən 1 hektar torpaqla ayrılırsız”
Oxunma sayı: 1793

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 98 saylı Şəmkir seçki dairəsindən namizədliyini öz təşəbbüsü ilə irəli sürülmüş Əliyev Vüqarın müraciətinə baxılıb.

"Qafqazinfo" xəbər verir ki, ərizəçi iddiasında bildirib ki, imzaların yoxlanılması prosesində iştirak etməyib. Dairə Seçki Komissiyasının qərarında bildirib ki, 100 imza bir dövlət qulluqçusu tərəfindən toplanıb və namizədin adına olan əmlak sənədlərdə qeyd edilməyib. Mərkəzi Seçki Komissiyası müraciəti araşdırıb və məlum olub ki, 100 imza dövlət qulluqçusu tərəfindən toplanmayıb. Ona görə də müraciətin bu hissəsi qismən təmin edilib. Əmlakla bağlı məsələ isə qüvvədə saxlanılıb. Qərara əsasən, namizəd qeydiyyata alınmayıb. İclasda çıxış edən V. Əliyev bildirib ki, pay torpağından xəbəri olmayıb: "Uzun illər hərbidə olmuşam. Ehtiyatda olan zabitəm. Bizdən bu pay torpağını gizlədiblər".

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, o zaman bu seçki prosesinin sizə xeyri oldu: "Bu seçkidən 1 hektar torpaqla ayrılırsız".

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi