Bu yanacaqlar üçün vergi güzəştinin müddəti uzadıldı

bu-yanacaqlar-ucun-vergi-guzestinin-muddeti-uzadildi
Oxunma sayı: 763

“Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”ndə dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, ölkəyə gətirilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digər yanacaq növlərinin 1 tonu üçün aksiz vergisinin 80 manatdan 1 manata endirilməsi müddəti bu ilin sonuna qədər (daha 1 il) uzadılıb.

Bundan başqa, Nazirlər Kabineti 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” ilə bağlı qərarında dəişiklik edib. Bununla bağlı Ə.Əsədovun imzaladığı yeni qərar əsasən, ölkədə idxal olunan eaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və digər yanacaq növləri bu ilin sonuna qədər (daha 1 il) 15 %-lik gömrük rüsumundan azad edilib.

Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.