Bu yollarda buzlaşma var - Siyahı

bu-yollarda-buzlasma-var
Oxunma sayı: 3347

Hava şəraiti ilə əlaqədar avtomobil yollarının vəziyyəti haqqında məlumat açıqlanıb.

Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyindən (AAYDA) “Qafqazinfo”ya verilən məlumata görə, bəzi yollarda güclü şaxta və qar səbəbindən buzlaşma müşahidə edilir:

- “Zəfər yolu”na qar yağır, şaxta yoxdur. Yolda qarın təmizlənməsi ilə bağlı müvafiq tədbirər görülür;

- Toğanalı - Kəlbəcər - İstisuda zəif qar yağır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 12-14 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür;

- Qubadlı - Laçın yolunda yağıntı yoxdur, 8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur;

- Füzuli - Hadrut yolunda qar yağır, şaxta yoxdur. Yolda qarın təmizlənməsi ilə bağlı müvafiq tədbirər görülür;

- Bakı - Quba yolunda qar yağır, 1-2 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub;

Xınalıq kəndi istiqamətində yol boyu qar yağır. Yolun 18-26 km hissəsində 16-18 sm qar var. Havanın hərarəti gecə mənfi 12, hal-hazırda mənfi 8 dərəcədir. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur;

- Giləzi - Xızı yolunda qar yağır, 8 dərəcə şaxta var. Xızı şəhərinin ərazisində 12 sm qar var. Qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur;

- Bakı - Qobustan yolunda qar yağır, 1-2 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub;

- Qobustan - Şamaxı - Muğanlı yolunda qar yağır, 3-4 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub;

- Muğanlı - Ağsu - Yevlax yolunda qar yağır, 3-4 dərəcə şaxta var. 131-km dən 143-km dək yolun hərəkət hissəsində problem yoxdur. 143-km dən başlayaraq Ağsu dolaylarında yollar buz bağlayıb, tədbir görülür, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur;

- Muğanlı - İsmayıllı yolunda qar yağır, 4-6 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur;

- İsmayıllı - Qəbələ - Oğuz - Şəki yolunda qar yağır. İsmayıllı, Qəbələ və Oğuz rayonları ərazisində 3-7 dərəcə şaxta var, qum-duz səpilmişdir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur;

- Yevlax - Şəki yolunda qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub;

- Şəki - Qax - Zaqatala yolunda qar yağır, 2-3 dərəcə şaxta var. Yolar qardan təmizlənir, qum-duz səpilmişdir.  Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub;

- Şəmkir - Gədəbəy yolunda qar yağır, 4-5 dərəcə şaxta var. Yolda buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Hazırda bu istiqamətdə işlər davam edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur;

- Gəncə - Daşkəsən yolunda qar yağır, 7-8 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur;

- Ələt - Astara yolunda qar yağır, 4-5 dərəcə şaxta var. Buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub;

- Masallı - Yardımlı yolunda Masallı rayonu ərazisində qar yağır. 1 dərəcə şaxta var. Yardımlı rayonu ərazisində qar yağır, 8-9 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur;

- Lənkəran - Lerik yolu. Lənkəran rayonu ərazisində sulu qar yağır. Lerik rayonu ərazisində qar yağır, 7-8 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur;

- Bakı - Ələt - Hacıqabul - Ucar - Yevlax - Gəncə - Qazax yolunda sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub;

- Hacıqabul - Bəhramtəpə - Horadizdə sulu qar yağır, yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.