Buludxan Xəlilov vəfat etdi

buludxan-xelilov-vefat-etdi
Oxunma sayı: 5392

Azərbaycan Yazıçılar Birliyinin üzvü, publisist Buludxan Xəlilov 55 yaşında dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə onun dostları sosial şəbəkədə məlumat yayıb.

Qeyd edək ki, B.Xəlilov 1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya rayonunun Ellərkənd kəndində anadan olub. Əmək fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili kafedrasında laborant kimi başlayan professor ədəbi dilin tədqiqinə dair bir sıra monoqrafik əsərin müəllifidir.