Bulvarda bunu edənlər cərimələnəcək- - Açıqlama+Video

bulvarda-bunu-edenler-cerimelenecek-
Oxunma sayı: 5819


"Qafqazinfo" ans-ə istinadən xəbər verir ki, yerli sakinlər velosipedləri daha çox bir neçə saatlığa, əcnəbilər isə sutkalıq icarəyə üstünlük verirlər. Velosipedin 1 saatlıq icarəsi birinci saat üçün 2 manat, növbəti saatlar 1 manatdan hesablanır. Velosipedləri bir və ya bir neçə günlük götürmək istəyənlər isə gününə 8 manat ödəməli olur.

Velosiped adamlara 10 şərtlə verilir. Birinci şərt odur ki, üstündə şəxsiyyəti təsdiq edən sənəd olmalıdır. Bu olmadısa heç kimə velosiped verilmir. Velosipedi icarəyə verəndə şəxsiyyət vəsiqəsinin rekvizitləri icarə müqaviləsinə yazılır, bəzən tərəddüd etdikləri adamların sənədləri də girov kimi saxlanılır və əlaqə telefonları götürülür. Əzilən və xarab olan hissənin xərci də müştərinin boynunadır.

Bulvar rəsmisinin sözlərinə görə, velosiped xəttini keçib piyada zolağına keçən şəxslər 20 manat cərimə olunacaqlar.