Bunları qışda avtomobildə saxlamayın...

Bunları qışda avtomobildə saxlamayın...
Oxunma sayı: 5636

Qış aylarında avtomobillə hərəkətə diqqət etməli olduğumuz kimi, nəqliyyat vasitəsinin daxilində saxlanılan əşyalara da fikir verməliyik. Mütəxəssislər bir çox əşyaların qış aylarında avtomobildə saxlanılmasını düzgün hesab etmir.

“Qafqazinfo” qışda maşında saxlanılması tövsiyə edilməyən əşyaları təqdim edir:

Əksər musiqi alətlərinin qışda avtomobildə saxlanılması tövsiyə edilmir. Çünki simli alətlər temperaturun dəyişməsindən zədə ala bilər.

Elektron avadanlıqlar soyuğun təsirindən ciddi zərərlərlə üzləşir. Təəssüf ki, soyuqdan və ya nəmdən zədələnmiş cihazlar zəmanətli təmirə məruz qalmır.

Bir çox dərman məhsulları da soyuqda öz tərkibini itirir və nəticədə sağlamlığa zərər vura bilər.

Qabyuyan maye və şüşə təmizləyicilər kimi bir çox məhsulun tərkibində adi su var. Mənfi temperaturda həmin su buza çevrilə və maşın şüşəsini qıra bilər.

Bütün konservləşdirilmiş qidaların tərkibində su var. Bu baxımdan maşına qoyulan dondurulmuş banka qırıla və genişlənə bilər.

Soyuqda yumurta qabığı çatlayır və möhkəmliyini itirir. Bu, məhsulun səthində görünən zərər yaratmasa da, daxilində ciddi dəyişiklərə səbəb olur. Ona görə də yumurtanı maşında saxlamaq düzgün deyil.

Bir çox insanlar alkaqollu içkilərin tərkibindəki spirtə görə onun aşağı temperaturda donmadığına inanır. Lakin bir çox içki növləri soyuğa davamlı deyil və avtomobilə qoyulduqda mənfi tempraturda dona bilər.