“Bunu kimdən gözləsəm də, Erkin Qədirlidən gözləməzdim”

bunu-kimden-gozlesem-de-erkin-qedirliden-gozlemezdim
Oxunma sayı: 6371

Parlamentin bugünkü iclasında “Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)” yubiley medalının təsis edilməsi ilə əlaqədar layihə müzakirə olunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, deputat Erkin Qədirli çıxış edərək deyib ki, komitədə müzakirə zamanı iştirak edən üzvlər plenar iclasda qərarın əleyhinə çıxış etməsinlər.

Həmkarı Tahir Kərimli buna etiraz edib: “Mən bunu kimdən gözləsəydim də, Erkin Qədirlidən gözləməzdim. Kiminsə danışmağını məhdudlaşdırmaq olmaz. Təzə deputatlar var, başqa cür başa düşərlər”.

Murad Əhməd