Bütün medalları onlar qazandı... - Fotolar

butun-medallari-onlar-qazandi
Oxunma sayı: 6254

Estoniyanın paytaxtı Tallində keçirilən fiqurlu konkisürmə üzrə Avropa çempionatında rusiyalı idmançılar hər iki növdə bütün medalllara sahib çıxıblar.

“Qafqazinfo” xəbər verir ki, komanda ümumilikdə 9 medal qazanıb.

Solo növdə Kamilə Vəliyeva qızıl, Anna Şerbakova gümüş, Aleksandra Trusova bürünc medal qazanıb.

İkili növdə Anastasiya Mişina - Aleksandr Qallamova cütlüyü qızıl, Yevgeni Tarasova - Vladimir Morozov cütlüyü gümüş, Aleksandr Boykova - Dmitri Kozlovski cütlüyü isə bürünc medal əldə edib.