Xocalı soyqırımı ərəfəsində konsert verəcək sənətçilərin adları açıqlanıb - Siyahı

xocali-soyqirimi-erefesinde-konsert-verecek-senetcilerin-adlari-aciqlanib-siyahi-
Oxunma sayı: 700

BDM mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, mətbuat konfransının keçirilməsinə səbəb Sankt-Peterburq şəhərində fəaliyyət göstərən Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti tərəfindən 27 fevral 2012-ci il tarixinə planlaşdırılmış konsert proqramına etirazla bağlıdır.

Qeyd edək ki, konsert proqramında müğənnilər Eyyub Yaqubov, Rəhim Rəhimli, Sevda Yəhyayevə, Namiq Qaraçuxurlu, İbrahim Borçalı, Rafael və Coşqun iştirak edəcəklər. Mətbuat konfransında Xocalı faciəsinin şahidləri, Qarabağ veteranları, şəhid ailələri, QHT nümayəndələri və sənətçilər keçiriləcək konsertə etiraz üçün iştirak edəcəklər. Tədbirdə KİV-ə bu məsələ ilə bağlı daha maraqlı məqamlar açıqlanacaq.