“Çağırış gəlsə, Liviyaya əsgər göndərəcəyik” - Ərdoğan

“Çağırış gəlsə, Liviyaya əsgər göndərəcəyik”
Oxunma sayı: 1519

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-nin xüsusi buraxılışında qonaq olub.

“Qafqazinfo” xəbər verir ki, Ərdoğan çıxışında bir sıra məsələlərə toxunub. Onun sözlərinə görə, Yunanıstan, Misir, İsrail və Cənubi Kipr Rum rəhbərliyi Türkiyənin razılığı olmadan təbii qaz xətti çəkə bilməzlər. “Biz bu memorandumu Liviya hökuməti ilə imzaladıq. Bununla da Şərqi Aralıq dənizindəki yurisdiksiyamızı maksimum dərəcədə artırdıq. Bu da Misir, İsrail və Rum rəhbərliyini ciddi narahat etdi”, - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti əlavə edib ki, Liviya hökuməti hərbi yardım çağırışı edərsə, türk əsgəri bölgəyə göndərilə bilər:

“Liviya istəsə, Türkiyə özü buna qərar verəcək. Heç kimdən icazə almayacağıq. Türkiyədən kənar əsgər göndərilməsi baxımından atılmalı addımlarımız var. Liviyaya hər cür dəstəyi verməyə hazırıq.

Vladimir Putinlə gələn ayın 8-də Türkiyədə görüşüm olacaq. Əvvəlcə bu görüşümüzü edək. Çünki Həftar (Xəlifə Həftar - Liviya Milli Ordusunun komandiri – red.) mövzusunun Rusiya ilə münasibətlərimizdə ikinci bir Suriya məsələsinə çevrilməsini istəmirəm. Yanvardakı görüşümüz ayrıdır. “TürkAxım” layihəsinin açılışını edəcəyik. Liviya və Həftar mövzusunu isə Putinlə telefonda danışacam”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi