Türkiyənin Çanaqqala vilayətində zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.
Bildirilib ki, yerli saatla 16:09-da Çanaqqalanın Biga rayonunda 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin yerin təxminən 7 kilometr dərinliyində baş verdiyi bildirilir.