“Qafqazinfo”nun məlumatına görə, şou verilişinin aparıcısı, müğənni Səidə Sultan rəqs edən zaman sinəsi açılıb. Səidə sinəsinin açıldığının fərqinə varmayıb. Müğənni bu halı görən kimi tez sinəsini örtməyə çalışıb.
O, hər kəsi salamladıqdan sonra “Səhər tezdən qəşəng bir iş elədik” şərhini bildirib.
***
İfaçı ölkə.az-a açıqlamasında bildirib ki, canlı yayımdan öncə geyimində heç bir problem olmayıb:
"Əslində efirə çıxanda o geyimin mənə heç bir narahatçılığı yox idi. Hamının geyindiyi qısa paltardı. Guya Azərbaycanda qısa paltarı tək mən geyinmişəm? Sadəcə, arxada iki mikrofon asıldığına görə belə oldu. O mikrofonlar mən oynayan vaxt sürüşdü və belə nəticələndi. Efirə baxan insanlar da gördülər ki, necə məyus oldum.
Gözlərim bərələ qalmışdı. Abırımı çöldən tapmamışam ki, çıxıb efirdə sinəmi çöldə qoyum? Bir qəza idi, oldu. Hamının başına gələcək işdir. Mən efirdəyəm deyə daha çox nəzərə çarpıram. Hansısa qadının da yolla gedəndə yupkası, köynəyi cırıla bilər. Bunu belə şişirdib xalq düşməninə çevirmək lazım deyil, ayıbdır. Bir-birimizi bu dərəcədə vurmayaq. Hamının anası-bacısı var. Bəyəm o sinə tək məndədir? İndi canlı efirdi bilmədən başıma gəldi. Bilərkdən heç vaxt belə etmərəm".
Son xəbərlər
Son Xəbərlər