Şirvanda hündürlükdən yıxılaraq ağır xəsarət alan 1 yaşlı uşaq müalicə aldığı xəstəxanada həyatını itirib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Şirvan şəhərində qeydə alınıb.
Bir gün əvvəl çarpayıdan yıxılan uşaq ağır kəllə-beyin travması alıb. O, kəllə sümüyünün deformasiyası diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Vəziyyəti ağır olduğundan uşaq Bakıda yerləşən Neyrocərrahiyyə Mərkəzinə təxliyə edilib. Həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər