“Cavanşir Feyziyevlə əlaqə saxladım, ölkədə yoxdur” - Yenilənib

cavansir-feyziyevle-elaqe-saxladim-olkede-yoxdur
Oxunma sayı: 8824

Media nümayəndələrini təhqir edən, onlara “reket”, “dələduz”, “casus” deyən deputat Cavanşir Feyziyevlə bağlı yeni açıqlama verilib.

“Qafqazinfo” xəbər verir ki, musavat.com-a danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov məsələnin tez bir zamanda Mətbuat Şurasının gündəliyinə çıxarılacağını bildirib.

Əflatun Amaşov hazırda koronavirusa yoluxduğunu və bu məsələni imkan daxilində izlədiyini deyib. Ə.Amaşov bildirib ki, Cavanşir Feyziyev Mətbuat Şurasının İdarə Heyətində qala bilməz.

Yaxın saatlarda Əflatun Amaşovun rəsmi açıqlaması gözlənilir.

***

Əflatun Amaşov daha sonra açıqlama yayaraq bildirib ki, koronavirusa yoluxduğu üçün bir neçə gündür ki, işə çıxmır: "Belə bir durumda Mətbuat Şurasının İdarə Heyətinin üzvlərindən birinin İdarə Heyətinin iki üzvünə və digər həmkarlarımıza qarşı səsləndirdiyi fikirlər məni üzdü. Xeyli təəssüfləndim. İstənilən vəziyyətdən, emosional durumdan asılı olmayaraq, jurnalistlərə qarşı həssas davranmaq vacibdir. Nəzərə alaq ki, hazırkı xoşagəlməz situasiyaya səbəb olmuş mövzunun özü də kifayət qədər həssas idi. Belə olan halda yalnız soyuq həqiqətlər açıqlanmalıydı, əlavə ritorikaya ehtiyac yox idi.  

Bu gün səhər Cavanşir Feyziyevlə əlaqə saxladım. Baş verənlər və onun Mətbuat Şurasının İdarə Heyətinin üzvlüyünüdən istefası məsələsini müzakirə etdik. Hazırda Cavanşir müəllim ölkədə yoxdur. Bir neçə günə gələcək. Onun özünün də iştirakı ilə İdarə Heyətinin iclasında məsələni bir daha müzakirə edəcəyik".

Həmçinin oxuyun: Cavanşir Feyziyev jurnalistləri təhqir etdi - Yenilənib