Çavuşoğlu Blinkenlə Qafqazdakı vəziyyəti müzakirə etdi

cavusoglu-blinkenle-qafqazdaki-veziyyeti-muzakire-etdi
Oxunma sayı: 1206

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN rəhbəri Tvitter hesabında paylaşım edib.

“Həmkarım Blinkenlə Əfqanıstan, Suriya və Qafqazdakı son vəziyyəti dəyərləndirdik.

Regional məsələlərdə və birgə əməkdaşlıq sahələrində ABŞ-la dialoqumuzu hər səviyyədə davam etdirəcəyik”, - xarici siyasət idarəsinin rəhbəri yazıb.