Cəbrayılda minaya düşən fəhlənin görüntüləri

cebrayilda-minaya-dusen-fehlenin-goruntuleri
Oxunma sayı: 6866

Xəbər verdiyimiz kimi, Cəbrayıl rayonunda 41 yaşlı Natiq Mamedov tikinti işləri aparan zaman minaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, N. Mamedovun minaya düşdüyü yerin görüntüləri yayılıb. Videoda həmin şəxsin sürünərək hadisə yerindən çıxmağa çalışması görünür. Görüntünü çəkən şəxslər minaya düşən kimi N.Mamedovun ayağını itirdiyini qeyd ediblər. 

Həmçinin oxuyun: Sinqapurda magistr oxuyub qayıtdı, tanışlarına 5 milyon “atdı”​

Xatırladaq ki, Baş Prokurorluğun rəsmi məlumatına görə, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.

Sözügedən videonu təqdim edirik: