Çəkilişləri dayandırılan daha bir serial sezon finalı etdi

cekilisleri-dayandirilan-daha-bir-serial-sezon-finali-etdi
Oxunma sayı: 2157

Show TV-də yayımlanan məşhur “Çukur” serialı nəzərdə tutulan vaxtdan əvvəl sezon finalı edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə ekran işini ərsəyə gətirən “Ay Yapım” məlumat yayıb.

Bildirilib ki, bir müddətdir karantin qaydalarına əsasən, çəkilişlər dayandırılıb və layihəni yenidən çəkmək imkanı yoxdur. Bu səbəbdən “Çukur” sentyabr ayından yayıma başlayacaq.

Serial çəkilişlərinin isə avqustda start götürəcəyi qeyd olunub.