Cəlilabadda “Niva” aşdı, ölən və yaralananlar var

celilabadda-niva-asdi-olen-ve-yaralananlar-var
Oxunma sayı: 2506

Cəlilabadda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Babalı kəndi ərazisində hərəkətdə olan “Niva” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü - həmin kəndin sakini olan Əzizov Xəqani Mehdi oğlu hadisə yerində ölüb.

Avtomobildə olan sərnişinlər -  İntiqam və Bəhruz Maqsudovlar xəsarət alıblar və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov