Cəlilabadda yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə Ələt–Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Toyota Corolla” markalı avtomobil idarəetmədən çıxaraq yolun mühafizə səddinə çırpıldıqdan sonra aşıb.
Qəzada eyni ailənin üzvləri olan 1986-cı il təvəllüdlü Aidə Hüseynova, 2006-cı il təvəllüdlü Ayaz Hüseynov və 2011-ci il təvəllüdlü Nuray Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım vasitəsilə rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Yaralıların durumu açıqlanıb.
Onlardan 1986-cı il təvəllüdlü (qadın cinsli) şəxsə alın və burun nahiyəsinin əzilmiş sıyrıqları, 2006-cı il təvəllüdlü (kişi cinsli) şəxsə sağ dizin əzilmiş, sıyrılmış yarası, sağ qapaqaltı nahiyənin əzilməsi, 2011-ci il təvəllüdlü (qadın cinsli) şəxsə isə sağ almacıq, burun arxası əzilmiş hematoma yaraları, boyun və sol topuq nahiyəsinin əzilmiş yaraları diaqnozu təyin edilib.
Xəsarət alanların vəziyyəti kafi olaraq qiymətləndirilir.
Surxay Şahbazov

Son xəbərlər
Son Xəbərlər