“Çelsi” uduzdu, “Arsenal”la “Tottenhem” qalib gəldi

celsi-uduzdu-arsenalla-tottenhem-qalib-geldi
Oxunma sayı: 2148

Futbol üzrə İngiltərə Premyer Liqasında 35-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, bazar günü daha üç qarşılaşma baş tutub.

Səfərdə “Everton”la qarşılaşan “Çelsi” turu məğlubiyyətlə başa vurub. Londonun digər təmsilçisi “Tottenhem” doğma meydanda “Lester Siti” üzərində inamlı qələbəyə sevinib. Daha bir paytaxt klubu – “Arsenal” isə “Vest Hem”lə səfər oyunundan qələbə ilə ayrılıb.