Ceyhun Bayramov Ukrayna xalqına başsağlığı verdi

ceyhun-bayramov-ukrayna-xalqina-bassagligi-verdi
Oxunma sayı: 978

Xarici işlər naziri Ceyhun Bayramov Ukraynada hərbi təyyarə qəzasında həlak olanlarla əlaqədar başsağlığı verib.

"Qafqazinfo"nun məlumatına görə, o, bu barədə öz "Twitter" səhifəsində yazıb.

"Xarkovda faciəvi hərbi təyyarə qəzasında həlak olanlarla əlaqədar dərindən təəssüflənirik. Həlak olanların ailələrinə başsağlığımızı ifadə edirik. Yaralılara tezliklə sağalmalarını arzulayırıq. Ukraya hökumətinə və xalqına dəstək və həmrəyliyimizi ifadə edirik", - nazir yazıb. 

Qeyd ki, ötən gecə Ukraynanın Xarkov şəhərində hərbi təyyarənin qəzaya uğraması nəticəsində 26 nəfər həlak olub.