Ceyhun Bayramov və Etibar Mirzəyev xilasedicilərimizin əməliyyat apardığı ərazidə - Foto

ceyhun-bayramov-ve-etibar-mirzeyev-xilasedicilerimizin-emeliyyat-apardigi-erazide
Oxunma sayı: 3455

Kahramanmaraşda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov zəlzələ bölgəsində Azərbaycan FHN-in xilasedicilərinin əməliyyat apardığı ərazidə olub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Azərbaycan XİN rəhbərini türkiyəli həmkarı Mövlud Çavuşoğlu və fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev müşayiət edir.

Qeyd edək ki, hazırda həmin ərazidə FHN-in axtarış-xilasetmə qrupları çalışır. Etibar Mirzəyev burada görülən işlərlə bağlı Ceyhun Bayramova və Mövlud Çavuşoğluna məlumat verib.

Burdan sonra FHN tərəfindən quraşdırılmış mobil səhra hospitalına baş çəkəcəklər.