Çin və BƏƏ peyvənd sınaqlarının son mərhələsinə başlayır

Çin və BƏƏ peyvənd sınaqlarının son mərhələsinə başlayır
Oxunma sayı: 1037

Çin Xalq Respublikası və Birləşmiş Ərəb Əmirliklərinin mütəxəssisləri koronavirus peyvəndinin sınaqlarının 3-cü mərhələsinə başlayıb.

"Qafqazinfo" "Al Arabiya"ya istinadən xəbər verir ki, Abu Dabi şirkəti "G42" və Çin şirkəti "Sinopharm CNBG"  Abu Dabi Səhiyyə İdarəsi və Səhiyyə Nazirliyinin rəhbərliyi altında peyvənd sınaqlarının sonuncu mərhələsinə başlayıb.

"Bu ortaqlıq, Abu Dabidə istehsal ediləcəyini nəzərə alaraq peyvəndin BƏƏ sakinlərinə daha tez çatdırılmasına kömək edəcək",-deyə "G42" şirkətinin açıqlamasına bildirilib.

Xatırladaq ki, iyun ayında "Sinopharm CNBG" şirkətinin BƏƏ-də peyvənd sınaqlarının üçüncü mərhələsini keçirəcəyi bildirilmişdi. 

Daha sonra isə şirkət inkişaf etdirdiyi iki koronavirus peyvəndinin uğurlu nəticələr göstərdiyini açıqlayıb.

Qeyd edək ki, koronavirusa qarşı səkkiz vaksin prototipinin hazırlandığı Çin hazırda bu sahədə birinci yerdədir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi