Çində 10 gündə 6,5 milyon insan koronavirus testindən keçib

Çində 10 gündə 6,5 milyon insan koronavirus testindən keçib
Oxunma sayı: 701

Çinin Uhan şəhərində 14-23 may tarixləri arasında 6 milyon 574 min insan koronavirusun müəyyənləşdirilməsi üçün aparılan CRP (C-reaktiv zülal) testindən keçib.

“Qafqazinfo” Çinin “Xinhua” informasiya agentliyinə istinadən xəbər verir ki, testlər ictimai yerlərdə quraşdırılan müvəqqəti məntəqələrdə həyata keçirilib. 10 gündə ümumilikdə 6 milyon 574 min nəfərin keçdiyi testlər yaşı 6-dan az olan uşaqlara tətbiq olunmayıb.

Bildirilib ki, kütləvi testlər virusun daşıyıcısı olub, lakin simptomlar müşahidə olunmayan insanları müəyyənləşdirərək virusun yayılmasının qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki,  Çində ötən gün ərzində daha 7 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb. Bu günə qədər isə ölkə üzrə 82 992 insan koronavirusa yoluxub, onlardan 4 634-ü xəstəlik səbəbindən həyatını itirib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi