Çində uşaq bağçasına bıçaqla hücum edildi - 39 yaralı

Çində uşaq bağçasına bıçaqla hücum edildi
Oxunma sayı: 1049

Çinin Quanqşi Tsuanq Özerk bölgəsindəki uşaq bağçasında bıçaqlı insident baş verib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bağçanın mühafizəçisi Li bıçaqla bağça işçilərinə hücum edib. Nəticədə aralarında müəllimlər və uşaqlar olmaqla 39 nəfər bıçaqlanıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Li həbs edilib və haqqında istintaq başlayıb.

Onun hansı səbəbdən bu hadisəni törətməsi hələlik bilinmir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi