Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə avqustun 22-də Sabirabad rayonunun "Qarasu" adlandırılan otlaq sahəsindəki fermada qeydə alınıb.
Orada çobanlıq edən Səyyad Rəhimov güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb. İlkin məlumatlara əsasən, S. Rəhimov sərxoş halda tüfəngdən atəş açaraq özünü öldürüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.