Çökən 7 mərtəbəli binanın altından uşaq belə xilas edildi - Video

coken-7-mertebeli-binanin-altindan-usaq-bele-xilas-edildi
Oxunma sayı: 4859

Türkiyədə baş verən 7.7 bal gücündəki dəhşətli zəlzələdə dağıntılar altında qalan uşaq xilas edilib.

“Qafqazinfo” xəbər verir ki, 10 saatlıq axtarış-xilasetmə işlərinin ardından qız uşağı sağ olaraq tapılıb.

Uşaq 7 mərtəbəli binanın dağıntıları altından çıxarılıb.

Qeyd edək ki, bu gün səhər Türkiyədə baş verən zəlzələdə minə yaxın insan ölüb, 5 mindən çox insan yaralanıb. Axtarış-xilasetmə işləri davam etdirilir.