“COP29-la bağlı Bakıya 80 minə yaxın xarici qonaq gələcək”

cop29-la-bagli-bakiya-80-mine-yaxin-xarici-qonaq-gelecek
Oxunma sayı: 4883

“Azərbaycanda bələdçilərin sayı 9 dəfə artıb. Lakin təkcə kəmiyyət deyil, keyfiyyətdə də böyük nailiyyətlərə nail olmuşuq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının baş katibi Tural Musayev Turizm Sənayesi Subyektlərinin Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, əvvəllər ölkəmizə gələn qonaqlar Azərbaycan haqqında məlumatlı deyildilər və bələdçilərimizin sayı da məhdud idi: “Xidmət isə yalnız ingilis və rus dillərində idi. Hazırda 27 dildə fəaliyyət göstərən bələdçilərimiz var və onlar beynəxalq standartlara uyğun hazırlanır. Bu gün bələdçilərimiz Şuşa, Ağdam və ətraf ərazilərdə turist səfərlərində iştirak edirlər.

Cari ildə Azərbaycan COP29 beynəlxalq tədbirinə ev sahibliyi edəcək. Deyərdim ki, bu, indiyə qədər ölkəmizdə keçirilən tədbirlərdən ən böyüyü olacaq. 50-80 minə yaxın iştirakçı olacaq. Bu fürsətdən istifadə edib bələdçilərimiz işlərini daha da yaxşılaşdırmalıdırlar. Çünki onlar ölkənin imicinin formalaşmasında rol oynayırlar”.

Gülnar Əliyeva