“Corablarımı xanımım geyindirir” deməsi müzakirəyə səbəb oldu - Video

corablarimi-xanimim-geyindirir-demesi-muzakireye-sebeb-oldu
Oxunma sayı: 2770

Əməkdar artist Rəhman Rəhman corablarını ona həyat yoldaşının geyindirdiyini etiraf edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, “Elgizlə izlə” proqramında danışıb.

“Mənə belə baxırlar”, - deyə Rəhman əlavə edib.  

Onun bu sözlərini aparıcı Elgiz Əkbər dəstəkləsə də, digər ekspert Şəfiqə Nağıyevanı özündən çıxarıb: “Əri sapsağlamdırsa, qadın niyə corabını geyindirməlidir?! Qadına hörmət etmək lazımdır”.

Verilişin iki həftə əvvəl efirə getməsinə baxmayaraq, aktyorun sözləri bu günlərdə sosial şəbəkənin ən çox müzakirə olunan mövzularından birinə çevrilib.