Corc Floydun ölümünə görə etirazlar daha iki ölkəyə yayıldı - Fotolar

Corc Floydun ölümünə görə etirazlar daha iki ölkəyə yayıldı
Oxunma sayı: 5062

ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsindən sonra başlayan etiraz aksiyaları London və Berlində də başladılıb.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ABŞ-dakı aksiyalara dəstək məqsədilə keçirilən aksiyalarda Corcun son sözləri – “Nəfəs ala bilmirəm” şüar olaraq seçilib. Londonda Trafalqar meydanında minlərlə etirazçı diz üstə çöküb sağ əllərini yumruq şəklində tutub yuxarı qaldıraraq (irqi ayrı-seçkiliyə etiraz olaraq) “Ədalət yoxdursa, dünya yoxdur!” şüarını səsləndiriblər.

Aksiyaçılar daha sonra ABŞ səfirliyinin binası önünə toplaşıblar.

Berlində də mitinqçilər ABŞ səfirliyinin binası önünə toplaşaraq “Corc Floyda ədalət”, “Bizi öldürməyi dayandır”, “İndi kimin boğazına çöküləcək?” şüarlarını səsləndiriblər.


















Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi