Çovdarov imtina etdi - “Mənə belə vəkillər lazım deyil”

covdarov-imtina-etdi-
Oxunma sayı: 5122

Bir çox ağır cinayətlərdə ittiham olunan keçmiş MTN generalı, "işgəncələr kralı" Akif Çovdarov məhkəməyə oksigen balonları ilə təchiz edilmiş maskanın köməyi ilə gətirilib. 

Qafqazinfo” xəbər verir ki, A.Çovdarovun vəkilləri məhkəmə tərkibinə etiraz ediblər, vəsatət baxılmamış saxlanılıb.

Akif Çovdarov çıxış edərək vəkillərindən imtina etdiyini deyib: "Bu vəkillər mənim müalicə məsələmi həll etmək gücündə deyillərsə, ümumiyyətlə, mənə vəkil lazım deyil".

Məhkəmə tərkibi Çovdarovun bu vəsatəti ilə bağlı müşavirəyə çıxıb.

Müşavirədən qayıdan hakimlər prosesin sabah saat 15:00-a qədər təxirə salındığını bildirib.

Murad Əhməd