“Çox sağ olun, amma qonaqlarımız yoxdur...”

cox-sag-olun-amma-qonaqlarimiz-yoxdur
Oxunma sayı: 6057

“Şənbə-bazar günləri, bayram günləri banklar işləmir. Başa düşürük onların bayram günləridir, istirahət günləridir. Bəs insanlar nə etsin?”. 

“Qafqazinfo” xəbər verir ki, bunu çıxışına Milli Məclisdəki qonaqları salamlamaqla başlayan deputat Rüfət Quliyev bildirib. 

Həmçinin oxuyun: Строительство мега жилого комплекса “City Garden Narimanov” продвигается быстрыми темпами!

O qeyd edib ki, ölkədə turistlərin sayı artır: “Biz artıq turizm sahəsində böyük addımlar atırıq. Bu gün, sabah Allahın köməkliyi ilə quru sərhədlər də açılacaq, insanlar gələcək. Biz turist ölkəsinə çevrilirik. Valyuta ilə işləyən istənilən məntəqə bankla bağlı əlaqədə olur. Lisenziya, müəyyən məhdudiyyətlərlər olsa belə, valyuta dəyişmə məntəqələrinin sayını artırmaq lazımdır”. 

Deputatın çıxışına başlamazdan əvvəl qonaqları salamlamasına sədr reaksiya verib. Sahibə Qafarova “Çox sağ olun, Rüfət müəllim. Siz qonaqları da salamladınız. Amma bu gün bizim qonaqlarımız yoxdur”, -deyib. 

Buna cavab olaraq Rüfət Quliyev jurnalistləri salamladığını qeyd edib. 

Deputatın cavabına reaksiya verən MM sədri isə əlavə edib ki, jurnalistlər qonaq deyil: “Onlar bizimlə bərabər səhərdən axşama qədər işləyirlər”.

Eldar Tanrıverdi