“Crocus City Hall”dakı terrorun iki iştirakçısı məhkəməyə çıxarılır - Fotolar+Yenilənib

crocus-city-halldaki-terrorun-iki-istirakcisi-mehkemeye-cixarilir
Oxunma sayı: 9166

Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall”dakı terror aktında şübhəli bilinən şəxslər haqda həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Xəbəri rus dilində oxuyun: Новые кадры начала стрельбы в “Крокусе” – ВИДЕО​ 

Bildirilib ki, baş vermiş terror aktı ilə bağlı işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatı araşdırır.

***

Rusiya İstintaq Komitəsi 137 nəfərin öldüyü “Crocus City Hall” konsert zalına hücumun iştirakçısı olduğu iddia edilən iki nəfəri terror aktında ittiham edib.

Bu barədə iş üzrə təqsirləndirilən şəxslərin həbsi ilə bağlı vəsatətləri qəbul edən Basmannı məhkəməsinin mətbuat xidməti məlumat yayıb:

“Raçabalizoda Saidakrami Murodali və Mirzoev Dalerjon Barotoviç Cinayət Məcəlləsinin 205-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi (bir qrup şəxs tərəfindən insan ölümünə səbəb olan terror aktı) ilə ittiham olunurlar”.

Hər iki təqsirləndirilən şəxs FSB xüsusi təyinatlılarının müşayiəti ilə məhkəməyə gətirilib.