Dağlıq Qarabağda koronavirusa ilk yoluxma faktı qeydə alındı

dagliq-qarabagda-koronavirusa-ilk-yoluxma-fakti-qeyde-alindi
Oxunma sayı: 1835

Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində koronavirusa ilk yoluxma faktı aşkarlanıb.

“Qafqazinfo” xəbər verir ki bu barədə qondarma qurumun “Səhiyyə Nazirliyi” açıqlama yayıb.

“Bu gün biz bir gün əvvəl Ermənistana göndərilən iki koronavirus testinin nəticələrini əldə etdik. Nəticələrdən biri pozitiv, digəri isə neqativ çıxdı” , - deyə “nazirliyin” feysbuk səhifəsində yerləşdirilən açıqlamada qeyd olunub.