Daha bir ANS-çi ARB-yə getdi

daha-bir-ans-ci-arb-ye-getdi
Oxunma sayı: 1875

ANS-nin keçmiş siması Umka Hacıyeva yeni kanalda işə başlayacaq.

“Qafqazinfo” xəbər verir ki, teleaparıcı ARB TV –yə işə düzəlib və  yeni mövsümdə tamaşaçı qarşısına çıxacaq. 

Verilişin adı və başlama tarixi hələlik məlum deyil.  Ancaq Umka instaqramda yayılan xəbəri təsdiqləyən foto paylaşıb.

O, kanalın binasının qarşısında çəkilən şəklini izləyiciləri ilə bölüşüb. 

Xatırladaq ki, ANS TV-nin bir çox simaları ARB TV-də çalışmağa başlayıb. Onlardan Ulvira Qarayeva, Elgiz Əkbər və başqalarını misal çəkmək olar.