Daha bir azərbaycanlı Rusiyada qətlə yetirildi

daha-bir-azerbaycanli-rusiyada-qetle-yetirildi
Oxunma sayı: 634

Yanacaqdoldurma məntəqəsində Mahaçqala sakininin “Lada-Kalina” maşınında sərnişin qismində gələn naməlum şəxs sürücüyə odlu silahdan atəş açıb. Baş nahiyəsindən güllə yarası alan sürücü hadisə yerində keçinib. Qətl törədilən yerdən dörd giliz, sürücünün pasportu və iki mobil telefon götürülüb.

Faktla bağlı qətl və qanunsuz silah saxlama maddələr ilə cinayət işi başlanıb. Güc strukturlarındakı mənbə bildirib ki, qətlə yetirilən şəxs Dağıstanda taksi sürücülüyü edən Azərbaycan vətəndaşıdır.