Daha bir erməni hərbçinin meyitinin qalıqları təhvil verildi

daha-bir-ermeni-herbcinin-meyitinin-qaliqlari-tehvil-verildi
Oxunma sayı: 1302

Qarabağdakı döyüşlər zamanı ölən daha bir erməni əsgərin cəsədinin qalıqları qarşı tərəfə təhvil verilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Armeniya” məlumat yayıb. Meyit Füzuli-Hadrut-Qarnıyarıq dağı istiqamətində aparılan axtarışlar zamanı aşkarlanıb. Bildirilir ki, ölən əsgərin şəxsiyyəti məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşdiriləcək.

Bununla da indiyədək tapılan erməni hərbçilərinin meyitlərinin sayı 1 553-ə çatıb.