Daha bir kafe sahibi və müştərilər cərimələndi

daha-bir-kafe-sahibi-ve-musteriler-cerimelendi
Oxunma sayı: 1057

Goranboy RPŞ əməkdaşları tərəfindən rayonun Şəfəq kəndi ərazisində gizli şəkildə fəaliyyət göstərən kafe aşkarlayıb. 

DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan “Qafqazinfo”ya verilən məlumata görə, obyekt sahibi və bir neçə müştəri saxlanılıb. Onlar İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.