Daha bir məşhur koronavirusa yoluxdu

daha-bir-meshur-koronavirusa-yoluxdu
Oxunma sayı: 4436

Əslən Ukraynadan olan Fransanın məşhur aktrisası Olqa Kurlyenko koronavirus infeksiyasına (COVİD-19) yoluxduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, 40 yaşlı film ulduzu 1 həftədir xəstə olduğunu, yüksək hərarət və halsızlıqdan əziyyət çəkdiyini bildirib.

O, koronavirusa görə analiz verdiyini, nəticələrin ürəkaçan olmadığını qeyd edib.

Olqa nəzarətdə olduğunu vurğulayıb.

Xatırladaq ki, bir neçə gün öncə dünyaca məşhur aktyor Tom Henks və xanımı Rita Uilson da koronavirusa yoluxduğunu açıqlamışdı.